az / ru / en
About Local trips Forein trips Medical trips Order Contact

      

Bakı və Abşeron yarımadası

Azərbaycanın Abşeron yarımadasında yerləşən regionu Abşeron adlandırılır. Azərbaycanın üç tərəfdən dəniz ilə əhatə olunmuş, isti yayı və mülayim qışı olan bu ərazisi dəniz kurortlarında istirahət etmək həvəskarları üçün çox münasibdir. Regionun inkişaf etmiş infrastrukturunun – avtomobil yollarının sıx şəbəkəsinin, müxtəlif kateqoriyalı çoxsaylı mehmanxanalarin və istirahət zonalarının, qumlu çimərliklərin, beynəlxalq aeroportun olması onu xarici qonaqların və respublika sakinlərinin istirahəti baxımından optimal edir.
Orta əsrlərə aid çoxsaylı qəsrlər, qalalar, keşikçi qüllələri və sairədən ibarət nadir xarici abidələr istər xarici turistər, istərsə də yerli əhali arasında böyük maraq doğurur. Bunların arasında Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədini, Mərdəkan, Ramana, Şaqan, Nardarandakı qalaları və digərlərini qeyd etmək olar.
Bakı ərazisində yaşayış yeri haqqında ən ilkin məlumatlar bizim eranın II əsrinə, sənədlərdə Bakı haqqında ilk məlumat bizim eranın VIII əsrinə aiddir.
XIX əsrin axırlarına qədər, Bakı sakinlərinin öz doğma şəhərlərini uzun müddət ərzində müdafiə etməyə hazır olduqlarını göstərən davamlı qala divarları ilə etibarlı şəkildə əhatələnmiş orta əsrlərin tipik şərq şəhəri olmuşdur.
Neft sənayesinin sürətli inkişafı XIX əsrin axırlarında Bakını özünəməxsus, təzadlı və təkrarolunmaz memarlığa malik sənaye mərkəzinə çevirdi. Yerli və xarici sənayeçilər tərəfindən neftdən əldə edilən nəhəng gəlirlər bənzərsiz və gözəl memarlığı ilə fərqlənən binaların tikintisinin müəyyənləşdirilməsinin əsasını qoydu.
Bu gün Bakı dinamik inkişaf etməklə yanaşı nadir tarixi, mədəni və elmi potensiala malikdir.

Qədim və müasir Bakının diqqətəlayiq yerləri.
(davam etmə müddəti 4 saat)
Bakının Dağüstü hissəsinin yüksəkliyindən – televiziya qülləsinin yaxınlığından açılan panoraması Bakı körfəzini əhatələyən şəhərin təzadları və miqyası barədə əyanı təsəvvür yaradır. Şəhər Xəzər dənizinə doğru enən amfiteatr şəklinə malikdir.
Ekskursiya ən maraqlı tarixi və memarlıq abidələrinin nümayişi ilə şəhərin mərkəzi hissəsini əhatə edir.
Ekskursiyanin qiyməti, nəqliyyat daxil olmaqla:
1-4 nəfərlik – 180 AZN; 5-25 nəfərlik – 210 AZN; 25-45 nəfərlik – 270 AZN.

Köhnə şəhər (İçəri Şəhər).
(davam etmə müddəti 3 saat)
İçəri Şəhərin sahəsi 22 ha olmaqla Bakının ümumi sahəsinin (44000 ha) kiçik bir hissəsini təşkil edir. Bununla belə, memarlıq və tarixi abidələrlə zənginlik Bakının bu hissəsini ola bilər ki, baxış üçün ən maraqlı edir və bu ekskursiyanın ayrıca aparılmasının vacibliyini tələb edir. Qız qalası, Sınıq qala qəsri, Şirvanşahlar sarayı, Karvan Saray, Cümə Məscidi – bunlar qədim Bakının diqqətəlayiq yerlərinin heç də tam siyahısı deyil.
Ekskursiyanin qiyməti: 90 AZN.



Suraxanı Odpərəstlər Məbədi – Atəşgah.
(davam etmə müddəti 3 saat)
Odpərəstlərin məbədi təbii qazın yer səthinə çıxış yerində tikilmiş qədim ibadət yeridir. XVIII əsrdə bərpa edilib. Bütün dünyadan olan zəvvarların qaldıqları keçmiş hücrələrdə hazırda arasında çoxlu nadir əşyalar olan muzey eksponatları yerləşdirilib.
Ekskursiyanin qiyməti:
1-4 nəfərlik - 180 AZN; 5-25 nəfərlik – 210 AZN; 25-45 nəfərlik – 270 AZN.



Qobustan qayaüstü rəsmlər qoruğu.
(davam etmə müddəti 5 saat)
Bakının yaxınlığında, Qobustanda qədim insanların yaşayış yerində yaşı 10 min ilə yaxın olan və bu günədək qalmış qayaüstü rəsmlərin muzeyi yerləşir. Şəkillərin süjeti burada məskən salmış insanların həyat şəraiti və o zaman bu yerlərdə yaşamış nəsli kəsilmiş heyvan növləri haqqında sənədli məlumat verir.
Maraqlı eksponatlar arasında üzərində eramızın I əsrində Roma legionunun sentriyasının Qobustanda olması barədə latınca yazılı məlumat verilən qaya parçası da vardır.
Ekskursiyanin qiyməti:
1-4 nəfərlik - 180 AZN; 5-10 nəfərlik – 210 AZN; 11-25 nəfərlik – 230 AZN; 25-45 nəfərlik – 290 AZN.

Abşeron yarmadasının qala və qəsrləri.
(davam etmə müddəti 5 saat)
Böyük Bakının Ramana, Mərdəkan, Nardaran kəndlərində yerləşmiş orta əsrlərə aid qala və qəsrlər Abşeronun igid sakinlərinin hərbi ənənələrinin daşlarda donmuş abidələridir. Yay mövsümündə ekskursiyanı Abşeron yarımadası sahillərində yerləşən çimərliklərdən hər hansı birinə baş çəkməklə kompleks şəkildə həyata keçirmək olar.
Ekskursiyanin qiyməti:
1-4 nəfərlik - 180 AZN; 5-11 nəfərlik – 210 AZN; 12–25 nəfərlik – 230 AZN; 25-45 nəfərlik – 290 AZN.

Designes