az / ru / en
About Local trips Forein trips Medical trips Order Contact

      

Azərbaycan

   Azərbaycan Ön Asiyada, Zaqafqaziyanın şərq hissəsində yerləşmişdir. Hazırda Azərbaycan Respublikasının ərazısı 86,6 kv. km təşkil edir. Respublikanın ərazisi simaldan cənuba 400 km, qərbdən şərqə 500 km uzanır. Azərbaycanın relyefi müxtəlifliyi ilə fərqlənir. Daimi qar və buzlaqlarla örtülmüş zirvələr yüksəkliklər və geniş düzənliklərlə növbələşir.
   Bununla belə, Azərbaycanı dağlıq ölkə adlandırırlar. Respublika ərazisinin dəniz səviyyəsində orta yüksəkliyi 657 metrdir. Xəzəryanı ovalıq dəniz səviyyəsindən 26 m aşağıda yerləşdiyi halda, respublikanın ən hündür zirvəsi-Bazardüzünün hündürlüyü 4466 metrə çatır. Azərbaycan ərazisinin mülayim və subtropik iqlim zonalarının sərhəddində yerləşməsi və mürəkkəb relyefi respublikanın iqlim şəraitinin müxtəlifliyini müəyyən edir. Günəşli saatların illik miqdarı 2900-ə çatır, buna görə də təsadüfi deyil ki, Azərbaycanı günəşli adlandırırlar.
   May-sentyabr ayları daxil olan dövr Azərbaycanda çimərlik mövsümü hesab edilir və azərbaycanlılar Xəzərin isti sularından doyunca çimmək üçün can atırlar. Güclü və uzunmüddətli qar yağması bu yerlər üçün səciyyəvi deyil.
   Respublikanın bitki və heyvanlar aləmi zəngindir. Ən böyükləri Zaqatala və Qızılağac olan çoxlu sayda qoruqlar yaradılıb. Bitki aləmi yüksək dağlarda subalp və alp çəmənliklərindən tutmuş, enliyarpaqlı dağ meşələri və Kür sahillərində Tuqay meşələrinədək təmsil olunmuşdur.
   Heyvanlar aləmi müxtəlifdir. Bunların arasında nadir heyvan növləri – vaşaq, bəbir, ceyran, maral, cüyür, dağ keçisi və s. vardır.
   Azərbaycan urbanizasiya ölkəsidir. Əhalinin çox hissəsi böyük şəhərlərdə yaşayır. Azərbaycan həmçinin çoxmillətli ölkədir. Azərbaycanlılarla bərabər keçmiş zamanlardan burada ruslar, yəhudilər, tatarlar, ləzgilər, avarlar, laklar və digər millət və xalqların nümayəndələri yaşayır.
   Azərbaycan qədim tarixə malik ölkədir və buna görə də onun ərazisində çoxlu sayda tarixi abidələr vardır. Burada həmçinin qədimdən memarlıq, incəsənət və sənətkarlıq inkişaf etmişdir. Azerbaycan sənətkarlarının əsərləri xarici ölkələrdə yüksək qiymətləndirilir.
   Azərbaycan dünyəvi ölkədir, lakin bununla yanaşı xalqın mənəviyyatı və əxlaqı ənənəvi olaraq islama söykənir. Azərbaycanda həmçinin keçmişdən bir neçə pravoslav kilsəsi, yəhudi sinaqoqu, katolik məbədi, digər dini istiqamətlərin nümayəndəlikləri və bölmələri fəaliyət göstərir.

   Turist marşrutlarının seçilməsində rahatlıq məqsədilə Bakı Səyahət və Ekskursiyalar Bürosu Sizə ölkəmizin bütün regionlarını əhatə edən bir neçə coğrafi istiqamət təklif edir. Bu Sizə bizim məsləhətlərdən istifadə etməklə müstəqil olaraq zövqünüzə uyğun gələn səyahət marşrutu və ya uzunmüddətli istirahət üçün yer seçmək və sifariş etmək imkanı verir.

I. Şimal istiqamət.

   Quba (Bakıdan 168 km məsafədə). Zəngin bitki örtüyü və çoxlu sayda alma bağları olan mənzərəli diyardır. Bura gələn turistlərin maraqla baş çəkdikləri yerlərdən Afruca, Kunxart və Pirbənövşə şəlalələrini, Qəşrəş, Nüqədi, Təngə Altı kurort yerlərini, isti hidrogen sulfidli bulaq suları ilə doldurulmuş qədim daş hovuzlarını göstərmək olar. Sakinləri dünyanın heç bir yerində heç kimin bilmədiyi bir dildə danışan yüksək dağ kəndi olan Xınalıqda odpərəstlərin IX əsrə aid nadir məbədi qalmaqdadır. Digər memarlıq abidələrindən Ağbil kəndindəki məqbərəni, Gümə məscidini və Səkinə-xanım məscidini, qədim qüllələri qeyd etmək olar.

   "Губа" - 40 AZN на человека с трехразовым питанием
   "Джаннат Багы" - 50 AZN 1 комната с завтраком
    - 80 AZN 2 комнаты с завтраком
    - 140 AZN 3 комнаты с завтраком
   "Назлы Булаг" - 50 AZN на 2 человека с завтраком
   "Аhu Klub" - 45 AZN на человека с трехразовым питанием

   Xaçmaz (Bakıdan 157 km məsafədə). Xəzərin düz sahilinədək sıx bitən meşələr üçün mülayim iqlim ideal şərait yaradır və şəhərin tüstü və səs-küyündən istirahət etməyə can atan çoxlu sayda turistləri özünə cəlb edir. Burada çoxlu mineral bulaqlar var, onlarin içərisində ən məşhuru fəvvarə vuran “İstisu”dur. Xaçmaz bölgəsi həmçinin tarixi, mədəni və memarlıq abidələri ilə zəngindir. Bunlardan qədim Xudat qala-şəhərini, Şah Abbas məscid-mədrəsəsini, Şeyx Yusif (XV əsr) məscidini, bürünc dövrünün qədim yaşayış məskənlərini və kurqanlarını, Dərbənd qalasının “Dəmir Qapılarını” göstərmək olar.
   Bu bölgənin ən böyük turist zonası çoxsaylı çimərlikləri, mənzərəli sahilləri, inkişaf etmiş turizm infrastrukturu olan Nabrandır. Müxtəlif səviyyəli çoxlu istirahət zonaları, kafelər, restoranlar, gecə diskotekaları Nabranda istirahəti maraqlı və yaddaqalan edir.
"Кардинал" - 30 AZN на человека с трехразовым питанием "Турист" - 25 AZN на человека с трехразовым питанием
"Чырагала" - 25 AZN на человека с трехразовым питанием "Хан Чинар" - 25 AZN на человека с трехразовым питанием
"Палермо" - 25 AZN на человека с трехразовым питанием "Гагайы" - 25 AZN на человека с трехразовым питанием
"Радуга" - 25 AZN на человека с трехразовым питанием "Алинджа" - 25 AZN на человека с трехразовым питанием
"Фламинго" - 25 AZN на человека с трехразовым питанием "Элай" - 25 AZN на человека с трехразовым питанием
"Аквапарк" - 25 AZN на человека с трехразовым питаниеМ "Орман" - 30 AZN на человека с трехразовым питанием
"Булаг" - 30 AZN на человека с трехразовым питанием "Гоша Чинар" 30 AZN на человека с трехразовым питанием
"Пальма" - 45 AZN на человека с трехразовым питанием "Green Villa" 50 AZN на человека с трехразовым питанием
"Ober Lux" - 50 AZN на человека с трехразовым питанием "Салам" - 30 AZN на человека с трехразовым питанием

   Dəvəçi (Bakıdan 122 km məsafədə). Rayon Böyük Qafqazın dağətəyi zonasında yerləşən “Qalaaltı” müalicəvi mineral bulağı, ovçuluq və balıqçılıq təsərrüfatları, tarixi abidələri (qədim Çıraq Qala qalasının qalıqları, Şabran qədim yaşayış məskəni, qədim memarlıq abidələri), dağ, dərə və meşələrin əsrarəngiz mənzərələri ilə məşhurdur.

В районе расположены санаторий «Гала-алты» - 30 AZN на человека с трехразовым питанием


   Qusar (Bakıdan 180 km məsafədə). Dağıstan ilə həmsərhəd rayondur. Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir. Burada Azərbaycanın ən yüksək nöqtəsi – Bazardüzü dağı (4466 m) yerləşir. Böyük bir ərazidə dövlət qoruğu yaradılıb. Yay sərinliyi ilə fərqləndiyi halda, qış şaxtalı hava və davamlı qar örtüyü həvəskarlarını özünə cəlb edir. Siz “Alistan baba” fıstıq meşəsində və xalçaçılıq, ağac üstə oyma, tikmə sənəti kimi xalq tətbiqi incəsənət növləri ilə tanışlıq marşrutu üzrə gəzintiyə çıxa bilərsiniz.
   Rayonun tarixi abidələrindən XV əsrin Şeyx Cüneydə məqbərəsini, 170 il əvvəl burada olmuş rus şairi Lermontovun muzeyini xüsusi qeyd etmək olar. Ekzotik mətbəx həvəskarları kiçik yerli restoranlarda ətirli göyərtilər və kəskin ədviyalar əlavə edilmiş qeyri-adi dada malik zərif ət xörəklərindən dada bilərlər.

  "Гайа Булаг" - 35 AZN на человека с трехразовым питанием

   Xızı (Bakıdan 104 km məsafədə yerləşir). Bakının yaxınlığında yerləşən dağ rayonudur. Mülayim quraq iqlimə malikdir. Şərqdən Xəzər dənizi ilə əhatələnən rayonun çox hissəsi meşələrlə örtülüdür. Rayonun diqqətəlayiq yerlərindən biri özünün möcüzəli formasına görə Beşbarmaq adlandırılan və çoxlu əfsanələr qoşulmuş Beşbarmaq dağıdır.
   Rayonda həmçinin, Azərbaycanın təbii gözəlliyə malik olan yerlərindən biri-Altıağac yerləşib. Burada zəngin flora və faunası olan Altıağac Milli parkı yaradılıb. Rayonda çoxlu tarixi abidələr var: Başbarmaq qalasının divarları (VIII əsr), antik şəhərin və Xızı qalasının (V əsr) xarabalıqları və s.

   “Cənnət bağı” istirahət zonasını təklif edirik.

   “Дженнет Багы” в Алты-Агадже - 55 AZN на 2 чел/день с завтраком;
                              - 160 AZN на 4 чел/день 3 комнатный люкс с завтраком;
                              - 240 AZN на 6 чел/день с завтраком;
   “Дженнет Багы” в Губе - 50 AZN 1 комната с завтраком
                              - 80 AZN 2 комнаты с завтраком
                              - 140 AZN 3 комнаты с завтраком
    "Губа" - 40 AZN на человека с трехразовым питанием
    "Назлы Булаг" - 50 AZN 1 комната с завтраком
    "Аhu Klub" - 45 AZN на человека с трехразовым питанием

    II. Şimal-Qərb istiqaməti.

    Şamaxı (Bakıdan 135 km məsafədə). Şamaxının ətrafi valehedici çəmən və meşələr, dağ xizək idmanı və alpinizm üçün əlverişli olan qarlı dağlardır. Dağlarda həmçinin Pirqulu qoruğu yerləşir, N.Tusi adına astrofizika observatoriyası fəaliyyət göstərir.
   Şamaxı tarixi 3000 ildən az olmayan qədim şəhərdir. Bizim dövrdə turistlər Gülüstan və Qala-Buqurt qalalarının qalıqlarına, Şirvan xanlarının sərdabəsinə, orta əsr türbələrinə, iki minarəli Cümə məscidinə (743 il), qədim yeraltı hamamlı karvan – saray kompleksinə (XIV əsr) və keçmişin digər tikili və memarlıq abidələrinə baş çəkə bilərlər.
   Şamaxı rayonu istənilən kəndində dadına baxmaq mümkün olan desert çaxırları ilə məşhurdur. Meşə meyvələri və müalicə otlarının bolluğu ilə diqqəti cəlb edir.

    "Magic Lfe" - 35 AZN на человека с трехразовым питанием

   İsmayıllı (Bakıdan 185 km məsafədə). Burada iqlim düzən və dağətəyi zonada mülayfim isti, yüksək dağlarda soyuqdur. Rayonda müxtəlif bitki və heyvan növləri qorunan “İsmayıllı” qoruğu yaradılıb. Qasımxan, Cavanşir, Qırxoşaq qalalarının qalıqları, əfsanəvi Fitdağ qalası, Xan qalası və Xanarlı kəndində “Qız qalası” (11-12 əsrlər) keçmiş və tarix həvəskarları olan bir çox turistləri özünə cəlb edir.

    "Гыз Галасы" - 40 AZN на человека с трехразовым питанием
    "Гайа" - 40 AZN на человека с трехразовым питанием

   Qəbələ (Bakıdan 225 km məsafədə). Meşələrlə örtülmüş dağlar, büllur bulaqlar, əsrarəngiz subalp və alp çəmənlikləri, yaşı 500 ildən çox olan kiçik şabalıd meşəsi müxtəlif yaşlı çoxsaylı istirahətçiləri bura cəlb edir.
   Burada qədim şəhərin qalıqları, türbələr və müqəddəs pirlər, məscidlər və qalalar, məbədlər, IX əsrə məxsus qədim müdafiə tikilisi və digər çoxlu sayda keçmişə məxsus abidələr vardır.
   Qəbələ rayonu çoxdan bəri istər qısamüddətli və uzunmüddətli istirahət, istərsə də qədim diyara ekskursiyalar təklif etməklə gələn qonaqlara xidmət göstərmək üzrə ixtisaslanmışdır.

   "Дуйма" - 45 AZN на человека с трехразовым питанием
   пансионат "Ченлибель" - 25 AZN на человека с трехразовым питанием
   "7 Гёзяль" - 45 AZN на человека с трехразовым питанием
   "Семирана" - 30 AZN на человека с трехразовым питанием ( при 4-хместном размещении)
   "Огуз" - 25 AZN на человека сзавтраком
             - 43 AZN на человека с трехразовым питанием


   Şəki-Qax-Zaqatala regionu (Bakıdan 300-370 km məsafədə). Bu regionun ərazisi Böyük Qafqazın cənub yamacında yerləşib, fistıq, vələs, şabalıd, qoz, palıd və digər ağaclardan ibarət olan meşələrlə örtülmüşdür. Burada yerləşmiş Zaqatala, İlisu və Türyançay qoruqlarında çoxlu nadir heyvanlar yaşayır və təbii şəraitdə nadir Eldar şamı bitir.
   Burada bitən bəzi çinarların yası 500 ildən çoxdur. Zaqatala şəhərindəki “Dədə Qorqud” parkında isə 8 çinardan birinin yaşı 700 ilə çatır. Şəkidən şimalda Gələrsən-Görərsən ərazisində əl dəyilməmiş meşələr uzanır, bura təmiz hava ilə nəfəs almağa gəlirlər. Əsası 2600 il əvvəl qoyulmuş Şəki şəhəri çoxsaylı tarixi abidələri ilə turistləri özünə cəlb edir. Böyük memarlar tərəfindən tikilmiş qədim yaşayış yerləri, qalalar, qüllələr, məscidlər, Şəki xan sarayı, XVIII əsrin karvansarayları, həmçinin Hacı Muradın qəbri. Şəki rayonunun Kiş kəndində əsası II əsrdə qoyulmuş Müqəddəs Yelisey kilsəsi-ən qədim alban məbədi qalmışdır.
   Şəki sənətkarları özlərinin digər işləri, dulusçuluq nümunələri, metal və ağac suvenirləri, ipək parçaları və xalçaları ilə məşhurdur. Zəngin Şəki mətbəxi, xüsusilə onun şirniyyatları Azərbaycandan uzaqlarda da məşhurdu.

    Гах
   Пансионат "Илису" - 30 AZN на человека с трехразовым питанием
   "Улудаг" - 30 AZN на человека с завтраком
   "Эден Парк" - 35 AZN на человека с трехразовым питанием
   "Йашыл Парк" - 55 AZN на человека с трехразовым питанием

   Шеки
   "Мархал" - 35 AZN на человека с трехразовым питанием
   "Нарын Гала" - 40 AZN на человека с трехразовым питанием
                        - 30 AZN на человека с завтраком

    Загатала
    "Гёйджа" - 30 AZN на человека с трехразовым питанием
    "Ляззят" - 35 AZN на человека с трехразовым питанием

    III. Cənub istiqaməti.

   Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var.
   Tarixi abidələri XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi, Ərkivan qalası ilə təmsil olunur. Ənənəvi sənətkarlıq sirləri nəsildən-nəsilə ötürülür.
   Rayonun kəndlərində ağacdan düzəldilmiş rəngarəng, xırda məmulatlar, xalçalar, orijinal hörülmüş həsir örtüklər tapmaq olar.

   "Шяфа" Истису - 40 AZN на человека с трехразовым питанием (лечение)
   "Виляш" - 30 AZN на человека с трехразовым питанием

   Lənkəran-Astara (Bakıdan 268-313 km məsafədə). Subtropik iqlim, çaylar və isti bulaqlar il boyu tərəvəz yetişdirilməsi, həmçinin burada çoxlu meyvə bağlarının və çay plantasiyalarının salınması üçün əlverişli şərait yaradır.
   Hündür olmayan Talış dağları relikt ağaclar üstünlük təşkil edən meşələrlə örtülmüşdür. Rayonun ərazisində yerləşən Hirkan Milli Parkı və Qızılağac qoruğunda çoxlu nadir heyvanlar – maral, cüyür, vaşaq, canavar yaşayır və hətta nadir halda pələngə da rast gəlinir.
   Xüsusilə Astarada yaxşı çimərliklər (qumlu, çınqıllı) var, su burada çox şəffaf və təmizdir. Memarlıq abidələrindən Lənkəranda Ballabur qalası, xan sarayı, XIX əsrə aid məscid və minarə, Astarada qədim qalanın xarabalıqları, XVII əsr karvansarayı, XII əsr məqbərəsi qalmışdır. Yerli mətbəx özünün balıqdan, ov quşlarının ətindən olan, qeyri-adi ədviyyatlar istifadə edilər xörəkləri ilə xüsusilə məşhurdur.

   "Хан Булан" - 32 AZN на человека с трехразовым питанием

    IV. Qərb istiqaməti.

   Gəncəbasar (Bakıdan 300 km məsafədə). Bu ad altında məşhur olan zonaya Azərbaycanın qərbində Gəncə, Mingəçevir, Qazax, Ağstafa və digər şəhərlərin ətraf ərazilərində yerləşən 10 rayon daxildir.
   Şərqin qədim mərkəzlərindən olan bu region tarixi, memarlıq və dini abidələrlə boldur. Onların içərisində Gəncədə XIX əsrin Cümə məscidini, Şeyx İbrahimin və Nizaminin məqbərələrini, XVI əsrin İmamzadə kompleksini, şəhər hamamlarını, orta əsr qalasını, Qazaxda XII əsrə aid nadir “Sınıq körpü”nü, Xanlarda bürünc əsrinin kurqanları, qədim qala və qüllələri, Şəmkirdə gözəl feodal qəsrini göstərmək olar. Bu zonada mülayim iqlim hakimdir, dağ meşə və çəmənliklərdə cüyür, dağ keçisi, qaban və bir çox digər heyvan növləri vardır. Gəncə şəhərindən 25 km məsafədə, ətrafında Göygöl qoruğu yaradılmış Azərbaycan təbiətinin incisi Göygöl yerləşib.
   Bu regionun təbiətində digər baxımlı yerləri - “Qızıl Qala”, Aveydağ dağının mağaraları və zəngin tuqay meşələrini qeyd etmək olar. Regionda qədimdən xaliçaçılıq, toxuma və tikmə, ipək, çini istehsalı inkişaf edib. Və əlbəttə qurmanlar çoxlu sayda olan kiçik restoranlarda, turist bazalarında və istirahət zonalarında yerli mətbəxin təkrarolunmaz zərif yeməklərini dada bilərlər.

   Gəncədə “Hacıkənd” istirahət zonasını, “Kəpəz”, “Gəncə”, “Lyuks” mehmanxanalarını, Mingəçevirdə “Səməni” motelini və “Orxan”, “Səbuhi”, “Kür” mehmanxanalarını, Ağstafada “Ağstafa” mehmanxanasını təklif edirik.

   Tövsiyə edilən marşrutlar:
   Qış marşrutu:
   Bakı – Gəncə (Qazaxa, Ağstafaya, Tovuza ekskursiyalar. Və 2 gün Hacıkənd istirahət zonasında qalmaqla) – 4 gün
   Yay marşrutu:
   Bakı – Mingəçevir (Mingəçevir su anbarı sahilində istirahət ilə) – 3 gün;
   Bakı – Gəncə (Göygöl, Maralgöl göllərinə, Xanlara, Şəmkir arıçılıq təsərrüfatına və alman koloniyaçılarının çaxır zirzəmilərinə səyahətlə) – 3 gün

    Naxçıvan Muxtar Respublikası.

   Naxçıvan Muxtar Respublikası ərazisinin çox hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəkdə yerləşən dağlıq diyar olmaqla zəngin təbii və nadir mədəni irsə malikdir. Onun paytaxtı – Şərqin qədim mədəni mərkəzlərindən biri olan Naxçıvan şəhərində çoxlu sayda muzey, mehmanxana, restoran və müasir Olimpiya kompleksi vardır.
   Bu diyarın şəhərləri özünün tarixi abidələri, rahat küçə və meydanları, təkrarolunmaz qonaqpərvərliyi ilə seçilir. Respublikanın bitki aləmi enliyarpaqlı ağac növləri olan meşələrlə zəngindir. Burada çoxlu nadir heyvan növləri yaşayır.
   Arasında Yusif Küseyr və Mömunə xatun türbələri, Nəimi türbəsi, Əlincə qalası, Gilan şəhərinin xarabalıqları, qədim körpülər və s. olan çoxlu sayda tarixi və memarlıq abidələri qalmaqdadır. Qədim zamanlardan yerli sənətkarlar xalçaçılıq, tikmə, ağacda oyma, ipək parça istehsalı üzrə təkmilləşmişlər.

   Naxçıvan şəhərində “Hotel Grand Nakhchivan”, “Ukrayna”, “Qartal”, “Azər”, “Gənclik”, “Xəyal” mehmanxanalarının, Culfa şəhərində “Araz”, Şərur şəhərində “Muğan” və “Şərur”, Şahbuz şəhərində “Şahbuz” mehmanxanalarında yerləşdirməyi təklif edirik.

Designes